“ASAN xidmət”ə 26 milyonuncu müraciət

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

XALQ.AZ xəbər verir ki,  bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Nadir Paşayev tərəfindən edilib.

O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb.

26 milyonuncu müraciətin sahibi kimi Nadir Paşayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.