“ASAN Xidmət”də yeni kadr təyinatı

3a4e6d6a 5c77 3506 b5e0 b62517b257f4

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) yeni kadr təyinatı olub.

XALQ.AZ xəbər verir ki, Turanə Qasımova Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

T.Qasımova faktı təsdiq edib.

Xatırladaq ki, T.Qasımova 2014-cü ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin informasiya təminatı şöbəsinin baş məsləhətçisi kimi çalışıb.

2018-ci ildən isə ABAD publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.