ASIYA SIYASI PARTIYALARI BEYNƏLXALQ KONFRANSININ (İCAPP) GƏNCLƏR QOLUNUN IKINCI TOPLANTISI KEÇIRILIR

ICAPP-1Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı öz işinə başlayıb. Tədbirdə 18 ölkədən 50-ə yaxın gənc siyasətçi iştirak edir. Toplantıda, həmçinin İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər – Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose De Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Taylandın nümayəndəsi Naline Tavesin iştirak edirlər.

Tədbirdə Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunur. Toplantıda, İCAPP Gənclər Qolunun rəhbər strukturlarına seçkilər keçiriləcək.
Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsinin qəbul olunacaq.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı avqustun 16-da başa çatacaq.