Asiyanın gözəli seçildi

11

 

Asiyanın ən gözəl və seksual qadını seçilib. Bu ada Bollivud aktrisası Katrina Kaif layiq görülüb. Asiyanın ən seksual qadınlarının siyahısını Britaniyada nəşr edilən “Eastern Eye” jurnalı təqdim edib.Ötən ilin qalibi Priyanka Çopra isə ikinci pilləyə düşüb.
K.Kaif 1984-cü ildə doğulub. Aktrisaya məşhurluğu “Hələki mən sağam” filmi gətirib. O, öz kariyerasına 14 yaşında model kimi başlayıb.Maraqlısı isə odur ki, ilk beş yerin hamısını hind aktrisaları tutublar. Üçüncü yerdə Draşti Dxami, dördüncüdə Dipika Padukone, beşincidə isə Sonam Kapur qərarlaşıb.

 

13 14 15