AŞPA-dakı təxribatlar baş tutmadı

 

8

Deputat Siyavuş Novruzov da prezident İlham Əliyevin AŞPA-dakı çıxışına münasibət bildirib.

 

Xalq.az xəbər verir ki, deputat qeyd edib ki, bəzilərini çıxmaq şərtilə, orda erməni deputatlar, Azərbaycanın əleyhinə işləyən ünsürlər var idi: “Avropa deputatlarının prezidentə verdiyi sualları hansısa erməni deputatının yazıb qarşılarına qoyduğu suallar idi. O cümlədən prezidentə ermənidən də beter olan Leyla Yunus kimi ünsürlər barədə sual verdilər. Biz araşdırmışıq. Orada bəziləri var ki, erməni olduğuna görə sığınacaq alıb. Təbii ki, bunlara o cür çıxışlar, münasibət sərf etmir. Azərbaycanın haqq işinə kölgə salmaq üçün avropalı ermənisayaq deputatlara qoşulub bu addımı atıblar. Ancaq onların təxribatları baş tutmadı. Prezident vurğuladı ki, o çalışacaq ki, sədr olduğu dövrdə Avropada ikili standartların qarşısını alınsın”.