AŞPA mühacirlərin hüquqlarına dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mühacirlərin hüquqlarına dair qətnamə qəbul edib.

XALQ.AZ xəbər verir ki, “Avropa Şurasına üzv ölkələrdə geri qaytarılma siyasəti və tədbirləri” adlı qətnamədə üzv dövlətləri sığınacaq istəyən insanları, qaçqınları və miqrantları müdafiə etməyə, onların vəziyyətini daha yaxından öyrənməyə və ölkədən qovulmalarının qarşısını almağa çağırıb.

Assambleya üzv ölkələrə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının faəliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün tədbirlərin görülməsini tövsiyə edib.

AŞPA mühacirlərin, qaçqınların, miqrantların sayının artması ilə bağlı öz narahatlığını bildirib və bu halların azaldılması üçün müvafiq tədbirlərin görülməsini məsləhət görüb.

 

Orxan