AŞPA-nın həmməruzəçisi Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax iyulun 4-dən 6-dək ölkəmizdə səfərdə olacaq.

XALQ.AZ xəbər verir ki, səfər çərçivəsində həmməruzəçinin hökumət nümayəndələri ilə görüşü planlaşdırılıb.

Bundan başqa, S. Şennaxın parlament sədri, parlamentdə təmsil olunan partiyaların rəhbərləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşləri də nəzərdə tutulub.

 

Orxan