AŞPA nümayəndə heyəti seçkiləri müşahidəyə başlayıb – FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməyə başlayıb.

“Report” xəbər verir ki, 32 AŞPA üzvündən ibarət müşahidə missiyasına almaniyalı deputat Frank Şvabe rəhbərlik edir.

Müşahidəçilər Bakıdakı bir sıra seçki məntəqələrində seçkiöncəsi son hazırlıq işləri ilə tanış olublar, saat 08:00-də seçki məntəqələrinin açılması prosesini izləyib və səsvermə prosesini müşahidə etməyə başlayıblar.

Qeyd edək ki, müşahidə missiyasının tərkibinə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak da daxildir.

O, daha əvvəl 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı seçki məntəqəsinin açılışı və səsvermənin başlanması ilə tanış olub.

Qeyd edək ki, AŞPA, ATƏT/DTİHB və ATƏT PA-nın müşahidəçilərinin birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.

XALQ.AZ