ASRP sədri: “Misir piramidaları da Erməninindir”deyən ağılda olan rəsmi İrəvan təfəkkürü artıq hər kəsə məlumdur…”

“Qardaş Türkiyənin  və Pakistanın dəstəyini bir daha hiss etdik”. Bunu XALQ.AZ-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi, bu gərgin günlərdə Azərbaycan tək qalmadı: “Qardaş Türkiyə ictimaiyyəti başda, prezident   Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycanı dəstəklədi.  Türkiyə millətvəkilləri Azərbaycanın səsinə səs verdi və Azərbaycandan yana öz mövqelərini  bildirdi. Türkiyədən XİN başçısı Mövlud Çavuşoğlu Ermənilərə qarşı sərt mövqeyini ortaya qoydu.  Türkiyə öz qardaşlıq və dostluq münasibətini göstərdi və biz bu münasibəti, bu yaxınlığı yüksək qiymətləndiririk. Pakistan hər zamankı kimi birmənalı münasibətini bəyan etdi. Azərbaycanın haqq səsinə inanaraq, bütün rəsmi İslamabad heyyəti  Azərbaycanı bu yolda dəstəklədiklərini bildirdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıq şəkildə öz ədalətli mövqeyini ortaya qoydu. Bütün bunlar onu göstərir ki, Azərbaycan tək deyil. Ən əsası Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyə bilən nüfuzlu və qüdrətli bir dövlətdir.  Bilirsiniz, bir siyasətçi ilə anlaşmaq, danışıqlar aparmaq mümkündür. Cənab İlham Əliyev kimi uzaqgörən bir siyasətçinin liderliyini baxın, 130 BMT dövləti qəbul edir. Onun səsinə səs verir.  Bu göstəricidir və faktdır. Paşinyan bütün dünya qarşısında bir işğalçıdan başqa heç kimdir! Ermənistanda bu gün nələr baş verir?  Ermənistan daxilində hakimiyyət uğrunda soyuq müharibə gedir. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub. Paşinyan “Ermənistanda demokratiya var” kəliməsini çox deməklə deyil ki… Əslində Ermənistanda olan qalan demokratiyanıda Paşinyan yox etdi və erməni ictimaiyyəti bunun fərqindədir. Paşinyan siyasətdən çox uzaq adam olmaqla bərabər təsadüf nəticəsində hakimiyyətə gələn bir çoban təfəkküründə biridir. O bu ağılla, o bilik və o siyasətlə necə jurnalist fəaliyyəti göstərib o belə müəmmadır.

Ona görə də, bu gün Ermənistanın xarici və daxili siyasəti dalana dirənib.  Bu gün Paşinyanı   beynəlxalq arenada “siyasi təlxək” olaraq göstərmək daha doğru olar. “Misir piramidaları da Erməninindir”deyən ağılda olan rəsmi İrəvan təfəkkürü artıq hər kəsə məlumdur. Qeyri adekvat addımları, qeyri konstruktiv mövqe orataya qoymaqla Paşinyan Ermənistanı yavaş yavaş beynəlxalq platformadakı əlaqələrini donduracaq. Bu gün Ermənistanda   siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Hamıya məlumdur ki, iqtisadi blokada halında olan Ermənistanın əhalisinin çoxu Rusiyaya çalışmağa gedirdi. Pandemiyadan dolayı hazırda o çalışma imkanları da məhduddur.  Buna görə də, Ermənistan daxilində hər gün sosial-iqtisadi vəziyyət daha da ağırlaşır. Erməni ictimaiyyəti ayağa qalxır və onalar yalan vədlər verən Paşinyan rejmini dalana dirəyir. Belə olan halda, hakimiyyətdə qalmaq və ictimaiyyəti susdurmaq üçün cəbhə xəttində növbəti eskalasiyaya əl atdığını görürük.

Belə olan halda sizcə Dağlıq Qarabağ məsələsinin həllində rəsmi İrəvan maraqlı olarmı? Əlbəttə ki, yox. Çünki  atəşkəsin  pozulması ilə acınacaqlı Ermənistan ictimaiyyətini susdurmaqla,  və onları    təhdit etməklə hakimiyyətdə qalmağa müvəffəq olur. Əslində dünya ictimaiyyəti bu məsələyə də diqqət etməlidir. Yəni rəsmi İrəvan öz işğalçılıq ambisiyaları ilə bərabər Ermənistan ictimaiyyətini də, blokada halında və təhdit altında yaşamağa məcbur edir”.

Əsli Kazımova eyni zamanda ötən gün Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı da öz fikirlərini bildirib: “Cənab Prezident hər bir məqama toxundu. Bəzilərinin cürət edib, dilə gətirmədiyi, çəkindiyi və əslində görmək istədiyi məsələlərə də, toxundu. İstər pandemiyanın ən ağır dönəmlərində, istər cəbhə xəttindəki gərginlik zamanı cənab prezidentin diqqəti, peşakarlığı, mərdliyi, şücaəti və açıqsözlülüyü ilə əsil liderlik nümayiş etdirdiyini xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm, belə bir vaxtda prezidentimizin iclasda qeyd etdiyi məqamlar çox önəmlidir. Düşünürəm ki, bu gün həmrəy olmağa çağırışlarımız sadəcə Xalqın həmrəyliyi kimi qəbul edilməməlidir. Bu eyni zamanda məmurların həmrəyliyə dəvəti kimi də, qarşılanmalıdır.

Diqqət etmək gərəkir ki, bu gün dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir.  Cənab prezident haqlı olaraq həm qınayır, həm tənqid edir. Yəni hər bir fikrini Xalqın gözü qarşısında edir. Bu cənab Prezidentin Xalqımıza verdiyi önəmdir. Budur həmrəylik! Budur Xalq və Dövlət bağlılığı! Ona görə də, ASRP heyyəti üçün də,  bir çalışma amalı var: Nə etməyindən asılı olmayaraq, nə Xalqın güvənini, nə də Prezidentin etimadını boşa çıxarmağa kimsənin haqqı yoxdur! Bu yöndə çalışma amalı, hesab edirəm bizi yalnız və yalnız uğura aparacaqdır!”