Astarada Prezident seçkilərinə ciddi hazırlıq işləri görülür

DSC_0067

Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB ekspert qrupunun üzvləri sentyabrın 5-də Astaraya səfər etmişlər.Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ekspert qrupunun üzvlərini qəbul etmişdir.Astara rayonu haqqında qonaqlara ətraflı məlumat verən Q.Ağayev rayonda aparılan abadlıq və quruculuq işlərindən, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində qazanılan uğurlardan danışmışdır.Qeyd olunmuşdur ki, ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Rayonda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şərait yaradılmışdır.MDB PA Şurasının baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun katibliyinin rəhbərinin müavini, MDB PA demokratiyanın, parlamentarizmin inkişafının və vətandaşların seçki hüquqlarına riayət olunmasına monitorinqi Beynəlxalq institutunun direktoru Qladey Dmitriy Qeorqiyeviç  çıxış edərək Azərbaycanda Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən ekspert qrupun qarşısında duran vəzifələrdən danışmışlar.Bildirilmişdir ki, ekspert qrupunun üzvləri dairə və məntəqə seçki komissiyalarında qanunun aliliyinin təminatı, seçki məntəqələrində hazırlığın vəziyyəti, seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, müxalifət partiyalarının namizədlərinə yaradılan şəraitlə bağlı ətraflı məlumat toplayaraq yekun hesabat hazırlayacaqlar.Görüşdə çıxış edən Milli Məclisin üzvü Rüfət Quliyev ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün yaradılan şərait barədə qonaqlara məlumat vermiş, Astara rayonunun seçki məntəqələrində qarşıdan gələn Prezident seçkilərinin azad, demokratik və şəffaf keçiriləcəyinə əminliyini ifadə etmişdir.Qonaqlar 77 saylı Astara seçki dairəsində prezident seçkilərinə hazırlığın vəziyyəti ilə yaxından tanış olmuşlar.Dairə seçki komissiyasının sədri Hikmət Əkbərov prezident seçkiləri ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr varədə eskpert qrupunun üzvlərinə məlumat vermiş, qonaqları maraqlandıran sualları cavablandırmışdır.MDB PA ekspert qrupunun üzvləri 1 saylı Astara şəhər seçki məntəqəsində monitorinq həyata keçirərək məntəqənin sədri Hacıbala Ramazanova prezident seçkiləri ilə bağlı müxtəlif suallarla müraciət etmişlər.