Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının konfransı olmuşdur

 

30

Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının növbəti konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, kollecin ikinci kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr əvəzi Gülnar Mirzəyeva təşkilatın 2013-cü ildə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Müzakirələrdə iştirak edənlər təşkilatın fəaliyyətinə münasibət bildirmiş, təkliflər irəli sürmüşlər.
Konfransda təşkilati məsələlərə baxılmışdır. Gülnar Mirzəyeva Tələbə Gənclər Təşkilatının sədri, kollecin tələbələri Təbriz Musayev, Yusifzadə Şəmsiyyə və Rufanə Rəsulova sədr müavinləri seçilmişlər.