Astara rayonunda seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qrupunun üzvləri Astara rayonunun Suparibağ kəndində seçicilərlə görüş keçirib.

YAP Astara rayon təşkilatının sədri tədbiri giriş sözü ilə açıb.

Tədbirdə Milli Məclisin deputatı Aslan Cəfərov və akademik Sudeyf İmamverdiyev iştirak ediblər.

Görüşdə kənd sakinləri birmənalı şəkildə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.