Astarada 24 ailənin yaşadığı bina yandı

FHN

Astarada 24 ailənin yaşadığı binada yanğın olub.

Xalq.az-ın məlumatına görə, ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.