Astarada 674 ton çəltik tədarük olunmuşdur

04

 

Astara rayonunda çəltik biçini başa çatmışdır. Xalq.az  AzərTAc- istinadən xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi fermerlərin və torpaq mülkiyyətçilərinin çəltikçiliyə marağını artırmışdır.
Bu il rayonda 149 hektar sahədə çəltik əkilmişdir. Bu, ötən illə müqayisədə 25 hektar çoxdur. 2012-ci illə müqayisədə məhsul istehsalı 111 ton artaraq 674 tona çatmışdır. Hər hektardan məhsuldarlıq 45,2 sentner təşkil etmişdir.
Astarada çəltik əsasən dörd yaşayış məntəqəsində – Səncərədi, Suparibağ, Kakalos kəndlərində və Ərçivan qəsəbəsində yetişdirilir. Fermerlər daha çox “Haşimi”, “Həsəni”, “Sədri”, “Xəzər”, “Çin” və “Şaban” çəltik növlərinə üstünlük verirlər.
Ekoloji cəhətdən təmiz məhsul olan Astara düyüsü əsasən yerli bazarda satılır.