Astarada proqram uğurla yerinə yetirilib

 

77

Xalq.az-ın reportyor qrupu Prezident İlham Əliyevin imzaladığı “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yerlərdə proqramın icrasının real vəziyyətini işıqlandırmaq məqsədilə Astara  rayonunda səfərdə olub. Səfər çərçivəsində rayonun rəsmi qurumları yanaşı, yerli ictimaiyyət nümayəndələri və sadə vətəndaşlarla görüşlər keçirilib.

 

Rayonun ümumi vəziyyətinin təhlili onu göstərib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq Astara  rayonunun da sosial-iqtisadi, mədəni inkişafı istiqamətində işlər, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu ilin sonuna kimi Astara rayonunun bütün kəndlərinə gedən yolların asfaltlaşdırma işi başa çatdırılacaq. Kəndlərin təbii qazla təmin olunması ilə bağlı qaz xətlərinin çəkilişi yüksək sürətlə davam etdirilir. Rayonun bütün yaşayış məntəqələri elektron ATS-lərlə təmin olunub. Təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilir və əsaslı təmir olunur. Şəhərin küçələri, parkları, meydanları əsaslı şəkildə yenidən qurulur və müasirləşdirilir.

 

Sadə vətəndaşlar ölkə prezidenti İlham Əliyevin Astara  rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair son sərəncamını dövlət başçısının salyanlılara olan yüksək diqqət və qayğısı kimi dəyərləndiriblər.

Rayon sakinləri Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev  rəhbərliyi altında görülən işlərdən razılıq edirlər. Rayonun mərkəzi küçələrində keçirdiyimiz sorğunun iştirakçıları Qəzənfər Ağayev  rayona rəhbər təyin edilməsindən sonra Astara  bütün sahələrdə sürətli inkişafın müşahidə olunduğunu, insanların yeni iş yerləri ilə təmini, sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldığını qeyd etdilər. Sakinlər bildirdilər ki, icra başçısı demək olar ki, hər gün rayonun ayrı-ayrı kəndlərində səyyar görüşlər keçirir, ortaya çıxan problemlərin həlli haqqında yerindəcə göstərişlər verilir.

Astaralıların  dediyinə görə, icra başçısı rayonda təhsilin, səhiyyənin durumuna xüsusi diqqətlə yanaşır, təhsildə fərqlənən gənclər daima qayğı ilə əhatələnib.

 

Astaralıların  görülən bu qədər işlərin qarşılığında bir sıra mətbu orqanlarda rayon haqqında, İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev barəsində yayılan qərəzli informasiyaları qətiyyətlə pislədiklərini və bunun bəzi qüvvələrin rayonda görülən işlərə olan qısqanc münasibətindən başqa bir şey olmadığını qeyd ediblər.