Astaralıların seçimi Rəşad Mahmudovdur

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov Astaranın sərhəd bölgəsi olan Züngüləş, və Ovala kəndlərinə səfər edərək buradakı seçiciləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, sərhəd kəndində də sakinlər R.Mahmudovu xüsusi coşğu və rəğbətlə qarşılayıb, onunla həmrəylik nümayiş etdiriblər. R.Mahmudov sosial şəbəkədəki hesabında sərhəd kəndinə səfərdən məmnunluqla bəhs edib:

“Sərhəd kəndimiz olan Züngüləş kəndində seçicilərimlə görüşdüm. Məni mehribanlıqla və səmimiyyətlə qarşılamaqları çox dəyərlidir və bu münasibətə görə bir daha təşəkkür etmək istəyirəm.

İnsanların məşğulluqları və yaşayış şəraitləri ilə maraqlandım. Hər zaman dövlətə və dövlətçiliyə sadiq olan bu insanlar cənab Prezident İlham Əliyevin şəxsən bu kəndə gəlməsindən fərəhlə danışaraq, kiçik bir kəndə göstərdiyi yüksək qayğıya və diqqətə görə ölkə başçısına minnətdarlıq edərək daim onun yanında olacaqlarını vurğuladılar. Seçicilər Fevralın 9-da yekdilliklə möhtərəm Prezidentimizin lideri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər”.


На изображении может находиться: 10 человек, люди стоят, трава, дерево, небо, на улице и природа

На изображении может находиться: 5 человек, люди стоят, дерево и на улице