“Aşura”da qanvermə necə təşkil olunacaq? – AÇIQLAMA

Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il “Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”. 

XALQ.AZ-ın məlumatına görə, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur: 

“Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.