ATƏT Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB)  Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar verib.

XALQ.AZ-ın APA-ya istinadən məlumatına görə, ötən ay Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

Hesabatda ölkədə seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçinin göndərilməsi tövsiyə olunub.

Bildirilir ki, DTİHB standart metodologiya ilə yanaşı, seçki müşahidə missiyasına media monitorinqi də əlavə edəcək.

RƏSUL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.