ATƏT sədri BMT-də Qarabağ münaqişəsinin həllindən danışıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Rama Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında çıxış edib.

XALQ.AZ xəbər verir ki, çıxışı zamanı E.Rama ATƏT regionunda həlli uzanmış problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.

“Biz həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik. Keçən həftə onların himayəsi altında Cenevrədə keçirilən danışıqlarda əhalini sülhə hazırlamaq üçün mümkün sonrakı addımlar hazırlanıb, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynaya biləcək prinsiplər və elementlər müzakirə edilib”, – E.Rama deyib.

XALQ.AZ