Ata ehtiyatsızlıqdan oğlunu öldürdü

Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub.

XALQ,AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Elgün