Ata ölən oğluna maşın “hədiyyə edib”

06

 

Ata ölən oğlunun qəbri üstünə maşın alıb qoyub. Hadisə bir neçə il əvvəl Şirvan Şəhərində baş verib.

Bu barədə fotoqraf Əhməd Muxtar məlumat yayıb. Fotoqraf bildirib ki, atasının maşınını oğurlayan və qəzaya düşüb ölən oğlunun məzarına ata maşın qoyub: “Oğul gəlir evə və atasının maşınını – “Jiquli 06″nın açarını istəyir ki, bir az sürsün. Amma ata vermir. Sonra oğlu açarı gizlincə götürür və maşını evdən qaçırır və qəza törədərək ölür. Hadisədən sonra oğlunu dəfn edən ata bir dənə “Jiquli 06” alıb onun qəbri üstünə qoyur. Hədiyyə kimi.

Hadisə bir neçə il əvvəl Şirvanda baş verib. Fotonu da o zamanlar telefonla çəkmişdim, təsadüfən arxivdən tapdım”