Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı

Yerevanda Ermənistan hökumətinin binasında ata və qızının intihar cəhdinin qarşısı alınıb. Xalq.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, Gümrü şəhərinin sakini olan 54 yaşlı P.Arutyun baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraz olaraq qızı ilə birlikdə hökumət binasına daxil olub. Hər iki şəxs orada özlərini yandırmağa cəhd ediblər.

 

Lakin binadakı növbətçi polislər intihar cəhdinin qarşısını vaxtında ala biliblər.

 

Polis məntəqəsinə aparılan Arutyunun üzərindən özlərini yandırmaq üçün götürdüyü tezalışan maye tapılıb. Onun qızı ilə birlikdə intihara cəhd etməsinin səbəbləri barədə məlumat verilmir.