Atatürk “Ginnes”in rekordlar kitabında

96

 

Türkiyə Bursa şəhərinin Nilüfer rayonunda “29 oktyabr – Cümhuriyyət bayramı” günü üçün hazırlanan Atatürk portreti Ginnesin rekordlar kitabna düşüb. Yerli mətbuatın xəbərinə görə, Nilüfer bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanan portret və Atatürkün imzası tamamilə insanlardan meydana gətirilib.

Məlumata görə, təxminən 5 990 nəfərdən təşkil olunan portretin ətrafında 20 min nəfərə qədər insan toplaşıb.

İnsanlardan meydana gələn portret böyüklüyünə görə “Ginnes”in rekordlar kitabına düşüb.