ATV-də yeni təyinat

“Azad Azərbaycan” televiziyasında yeni təyinat olub.

Televiziyadan XALQ.AZ-a verilən məlumata görə, “Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

Xatırladaq ki, İ.Həsənov bu təyinata qədər “ARB Media Qrup”un Strateji İnkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.

XALQ.AZ