ATV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu

ATV kanalının daha iki əməkdaşı koronavirusa yoluxub.


XALQ.AZ-ın məlumatına görə, aparıcı-redaktor Vüqar Bektaş və xanım qrim işçisinin testləri pozitiv çıxıb.

Xatırladaq ki, bundan iki gün öncə də ATV-nin iki əməkdaşının koronavirusa yoluxduğu açıqlanmışdı.