“ATV”, “Xəzər TV” və “ARB TV”dən birgə qərar

XALQ.AZ xəbər verir ki, üç Azərbaycan telekanalı iki xarici brend reklamını dayandırıb.

Bu barədə “ATV”, “Xəzər TV” və “ARB TV” adından daxil olan birgə məlumatda deyilir:

“Televiziya reklam bazarının strateji inkişafı, optimallaşdırılması, sabitləşdirilməsi və təkmilləşdirilməsi baxımından ATV, Xəzər və ARB telekanallarının birgə fəaliyyəti çərçivəsində əldə edilən növbəti ümumi razılığa əsasən, “Nestle” və “L’Oreal” brendlərinə daxil olan məhsulların reklamları 21 aprel tarixindən etibarən dayandırılır.

Birgə qərarın səbəbi – “ZenithOptimedia” reklam agentliyinin bu telekanallarının hər birində yayımlanmış reklamların ödənişini uzun müddət əsassız olaraq gecikdirməsidir.

Məsələ öz həllini tapana qədər qeyd edilən məhsulların reklamları bu üç yayımçının tele- və radio kanallarında dayandırılır.

Bildirmək istəyirik ki, “Nestle” və “L’Oreal” brendlərinin ölkə televiziyalarında reklamları “ZenithOptimedia” reklam agentliyi vasitəsi ilə yerləşdirilir”.

 

Elgün