AVRO-2018: Millimiz 1/4 finalda

Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin edib.

XALQ.AZ  xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda buna D qrupunda ilk oyundaca Fransa komandası üzərində 5:3 hesablı qələbəsi ilə nail olub.

Əvvəlki oyunda İspaniya komandası ilə heç-heçə edən Fransa komandası Azərbaycan yığmasına uduzub. Millimiz 3 xal toplayıb. Komandamızın İspaniya ilə keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan yığması D qrupunun ikincisi kimi mərhələ adlayıb.

Avropa çempionatı
D qrupu
2 fevral

Fransa – Azərbaycan – 3:5
Qollar: Landri Nqala, 6.59; Abdessamad Mohammed, 20.05; Suheyl Muhudine, 39.33  – Bolinya, 2.26, 22.02, 24.30; Everton Kardoso, 28.56; Eduardo Borqes, 37.09.