AVRO-2020: Almaniya Hollandiya ilə oynayacaq

Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

XALQ.AZ xəbər verir ki, 4 qrupda V tur çərçivəsində 9 qarşılaşma baş tutacaq.

Günün mərkəzi matçı A qrupunda baş tutacaq. Almaniya öz meydanında Hollandiyanı sınağa çəkəcək. Xal qazana bilməyən Belarusla Estoniya sonuncuların meydanında qarşılaşacaq.

Azərbaycan yığması E qrupunda ilk xalını qazanmaq üçün Uels səfərində sensasiya etməlidir. Slovakiya və Xorvatiya isə 3-cü qələbə üçün mübarizə aparacaq.

G qrupunun lideri olan Polşa qələbə seriyasını Sloveniyada davam etdirməyə köklənib. Latviya ilə üz-üzə gələcək Avstriya isə autsayderi itkisiz keçmək niyyətindədir.

İ qrupunda üç görüş oynanılacaq. Liderin autsayderin qonağı olacağı görüşdə Belçika San-Marinoda 5-ci qələbə arzusundadır. Rusiya bu turda Şotlandiya, Qazaxıstan isə Kiprlə səfər qarşılaşmasına çıxacaq.

AVRO-2020-nin seçmə mərhələsi
V tur
6 sentyabr

C qrupu
20:00. Estoniya – Belarus
22:45. Almaniya – Hollandiya

1Ş.İrlandiya44007-212
2Almaniya330013-29
3Hollandiya21016-33
4Belarus40041-90
5Estoniya30031-120

E qrupu
22:45. Uels – Azərbaycan
22:45. Slovakiya – Xorvatiya

1Macarıstan43016-49
2Slovakiya32017-26
3Xorvatiya32015-46
4Uels31022-33
5Azərbaycan30033-100

G qrupu
22:45. Sloveniya – Polşa
22:45. Avstriya – Latviya

1Polşa44008-012
2İsrail42118-77
3Avstriya42027-66
4Sloveniya41217-35
5Makedoniya41125-74
6Latviya40031-130

İ qrupu
20:00. Kipr – Qazaxıstan
22:45. Şotlandiya – Rusiya
22:45. San-Marino – Belçika

1Belçika440011-112
2Rusiya430115-39
3Qazaxıstan42027-76
4Şotlandiya42024-76
5Kipr41036-53
6San-Marino40040-200

Orxan