Avropa İttifaqı – Azərbaycan: Əməkdaşlığın üfüqləri

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranmışdır. 1996-cı ildə imzalanmış  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır.

Müasir dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər sisteminin inkişafının ən mühüm qanunauyğunluqlarından biri reqional iqtisadi inteqrasiya proseslərinin güclənməsi və dünya ölkələrinin qlobal əməkdaşlığının daha da genişlənməsidir. Məhz, bu proseslərin nəticəsində dünya təsərrüfatı və dünya bazarının formalaşması daha çox dövlətlərarası birliklərin və eləcə də ticarət        iqtisadi blokların təsiri altında baş verir. Bu gün regional iqtisadi inteqrasiya birliklərində dünyanın sənayecə inkişaf etmiş bütün ölkələri təmsil olunaraq, bu birliklər ən mühüm güc mərkəzləri kimi çıxış edir, dünya bazarında «oyun qaydalarını» müəyyən edir, iqtisadi inkişafın və bütövlükdə iqtisadi tərəqqinin ən mühüm amilinə və agentlərinə çevrilmişlər. Həmin ölkələrdə əhalinin həyat səviyyəsi göstəriciləri digər ölkələrlə müqaisədə xeyli yüksəkdir.

Avropaya inteqrasiyanı genişləndirmək siyasəti yürüdən Azərbaycanın Avratlantik məkanı ilə sıx əməkdaşlığı xarici siyasətin özəyi olaraq qalır. Bununla bərabər, Aİ-nin “Yeni qonşuluq siyasəti” Aİ çərçivəsində strateji qarşılıqlı münasibətlər yaradılmasının mühüm perspektiv elementi kimi çıxış edir. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan mühüm nəqliyyat kanalı və energetika resursları deməkdir, enerji daşıyıcılarından istifadə etmək imkanı isə yeni yaradılan 62 geostrateji üçbucaqların və ittifaqların əsas qayğısına, bəlkə də, onların rəqabət elementinə çevrilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “İndi Aİ-nin sərhədləri bizim regionumuza daha da yaxınlaşır. Azərbaycan Aİ-nin “Yeni qonşuluq siyasəti”nə daxil edilibdir. Ona görə də, bizim regionumuzda əsas götürüləcək meyarlar Aİ-də mövcud olan meyarlara çox bənzər olacaqdır. Azərbaycan ilə Aİ arasında çox güclü enerji lahiyəsi həyata keçirirlir.. Bizim nəqliyyat imkanlarımız, istismara verilmiş boru kəmərləri regionda tamamilə yeni bir vəziyyət yaradır. Xəzər regionunun dünya üçün enerji təchizatı məsələsində oynadığı rol get-gedə daha da artacaqdır”.

İqtisadi və ticarət  əlaqələr

Azərbaycan və Aİ arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və rifahına artırılmasına maneçilik törədir.Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir. Aİ və onun üzv ölkələri Dağlıq Qarabağı tanımır.

Enerji sahəsində əməkdaşlıq

Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının  ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

İnkişaf əməkdaşlığı

1991-ci ildən 2006-cı ilədək Aİ-nin Azərbaycana yardımları MDB ölkələrinə texniki əməkdaşlıq (TACİS) proqramı çərçivəsində həyata keçirilmişdir. TACİS institusional, hüquqi və inzibati islahatların aparılması, bazar iqtisadiyyatına keçid dövrünün sosial nəticələrinin aradan qaldırılması, yoxsulluğun azaldılması məqsədlərinə yönəldilmişdir. Növbəti illərdə Aİ yardımları Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) vasitəsilə həyata keçirilməyə başlanılmışdır. 2007-2013-cü illərdə Azərbaycan üzrə Strateji Maliyyələşmə Sənədi Aİ-nin ENPI çərçivəsində maliyyə yardımı paketini ehtiva etmişdir. Bu 2007-2010 və 2011-2013-cü illər üzrə Milli İndikativ Proqramla müşayiət olunmuşdur. 2007-2015-ci illərdə Aİ-nin Azərbaycana ayırdığı ikitərəfli yardımın həcmi 179 milyon avro təşkil etmişdir.

Hal-hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti (ENİ) üzrə davam etdirilir. ENİ çərçivəsində illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri – (1) regionların və kənd yerlərinin inkişafı, (2) ədliyyə sahəsində islahatlar, (3) təhsil və bacarıqların inkişafı prioritetlərinə yönəldilmişdir.

Aİ-nin Azərbaycanla ikitərəfli əməkdaşlığının strateji çərçivəsi, əsas nəticələri və indikativ maliyyə ayırmaları 2014-2017-ci illər üzrə Vahid Dəstək Çərçivəsi sənədində müəyyən olunmuşdur. Azərbaycan eyni zamanda, ENİ çərçivəsində həyata keçirilən regional layihələrdə, o cümlədən enerji, nəqliyyat, trans-sərhəd əməkdaşlıq və s. iştirak hüququna malikdir.

ENİ ilə yanaşı Aİ-nin, Demokratiya və İnsan Hüquqları üçün Avropa Aləti, Sabitlik və Sülhə töhfə Aləti, Vətəndaş Cəmiyyəti Təşkilatları və Yerli idarəetmə orqanları, İnsan inkişafı, Miqrasiya və Sığınacaq tematik proqramları üzrə maliyyələşdirmə alətləri də mövcuddur.

Təhsil sahəsində əməkdaşlıq: Erasmus+

Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Erasmus+ proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir.

Azərbaycanın qonşu olmayan dövlətlərlə münasibətləri. Azərbaycanın onunla bilavasitə qonşu olmayan inkişaf etmiş Qərb dövlətləri ilə münasibətləri xarici siyasətdə ən mühüm yerlərdən birini tutur. Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyini qorumaq imkanlarmı möhkəmləndirmək naminə Qərb ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına təkan verir. Azərbaycanla Aİ arasında əməkdaşlıq ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir.  Azərbaycanın   Avropa dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin inkişafı dövlət və özəl sektorda əsaslı islahatların həyata keçirilməsinə və xarici sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərir. Qərb ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edir. Bundan əlavə, Azərbaycan ölkədə vətəndaş cəmiyyətinin təşəkkülü prosesində Avropa ölkələri ilə faydalı əməkdaşlıqdan bəhrələnir.

Beləliklə, Azərbaycan Respublikasının xarici siyasəti Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir.

Qeyd: “Avropa İttifaqı – Azərbaycan: Əməkdaşlığın üfüqləri” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

 Zaur Mirzə-zadə

XALQ.AZ