Avropa komissiyası Ukraynaya imtina etdi

57

Avropa diplomatiya rəhbəri Ketrin Eşton görüşün diplomatik kanallarla razılaşdırılmalı olduğunu bildirib

 

Avropa komissiyası Ukraynanın baş naziri Nikolay Azarov tərəfindən verilən çərşənbə günü Ukrayna nümayəndə heyyətinin Brüsselə səfər edəcəyi barədə bəyanatını təsdiqləmir.

ANS PRESS-in “RİA Novosti”yə istiandən verdiyi məlumata görə, bu barədə Avropa diplomatiya rəhbəri, AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç bildirib. Onun sözlərinə görə, bunun üçün səfər əvvəlcədən razılaşdırılmalıdır: “Biz Ukrayna nümayəndə heyətinin Brüsselə sabahkı səfərini qəbul edə bilmərik. Bunun üçün vaxt və tarix diplomatik kanallar vasitəsilə razılaşdırılmalıdır. Yalnız razılıq əldə olunduqdan sonra bu barədə elan edilə bilər”.