Avropada erməni mafiyası belə aşkarlandı

 

Avropada ermənilərdən ibarət mafiya zərərsizləşdirilib. Aşkar olunan mafiya  Avropa mərkəzli və Amerika Birləşmiş Ştatları, Fransa, Belçika, İtaliya və Litva əlaqələri olub. Aropada ən böyük ermənil ibarət olan  cinayət təşkilatı kimi tanınırdı.

XALQ.AZ məlumat verir ki, Katalonya və İspaniya Milli Təhlükəsizlik əməkdaşlarının  və polisin  erməni mafiyasına qarşı böyük bir əməliyyat keçirib. İspan qəzeti El Pais verdiyi məlumata görə, Barcelona, ​​Madrid, Valencia, Alicante və Albacete şəhərlərində  həyata keçirilən  əməliyyatda mafiya üzzvləri saxlanılıb .

Polisin məlumatına görə, Avropa mərkəzli və Amerika Birləşmiş Ştatları, Fransa, Belçika, İtaliya və Litva əlaqələri olan ən  böyük cinayət təşkilatı idi. Quldurluq, qəsb, silah alveri, çirkli pulların yuyulması, rüşvət, vəzifə saxtakarlığı, narkotik ticarəti və tütün qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə zərəsizləşdirilib, və banda liderləri həbs olunub .