Avropadan Belarusiyaya dəstək- Lukaşenkonu persona non qrata elan edildi

Avropa parlamentinin deputatları Belarusdakı seçkilərin nəticələrini tanımadıqlarını bildirib. 
XALQ.AZ xəbər verir ki, bundan əlavə, onlar hazırkı prezident Aleksandr Lukaşenkonu Avropa Birliyində persona non qrata elan ediblər.
AP partiyalarının birgə bəyanatında deyildiyi kimi, 9 avqustda keçirilmiş prezident seçkiləri azad və ədalətli keçirilməyib.
Bundan əlavə, deputatlar qeyd edib ki, onlarda Svetlana Tixanovskayanın əslində seçkini qazanması barədə etibarlı məlumatlar var. Bundan əlavə, deputatlar Belarus xalqının müstəqil müşahidəçilərin nəzarəti altında yeni və azad seçki tələbinə qoşulurlar.