Avtobuslar kart sisteminə keçəcək

2020-ci ildə Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək.

XALQ.AZ  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. BNA rəsmisi bildirib ki, hazırda avtobusların kart sisteminə keçidi təmin olunmaqdadır.

“Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib. Bu isə ümumi avtobus parkının 25 faizini təşkil edir. Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının fəaliyyəti tam şəkildə bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər”.