Avtoqəzada ana və övladı öldü

11

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində Qobustan rayonu ərazisində “VAZ” markalı minik avtomobili ilə “FORD” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Xalq.az xəbər verir ki,  dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə nəticəsində “VAZ 2107” markalı minik avtomobilin sürücüsü Ramiz Səmədov və onun anası 1938-ci il təvəllüdlü Səmədova Minarə Ömər qızı hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan sürücünün həyat yoldaşı və oğlu isə yüngül xəsarət alıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və hər iki şəxs evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.