“Ay camaat, bu adam ermənidi”

Melik

Xalq.az xəbər verir ki, bir dəfə də Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi”, – deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir, “bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”.

Hətta “Fəryad” filmindən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi: “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”

Xalq.az olaraq xatırlatmaq istəyirik ki, M.Dadaşov yaratdığı bu obrazla ermənilərin iç üzünü laiqincə göstərə bilmişdir.

Allah “Fəryad” filimində çəkilən hər iki sənətkarı – Məlik Dadaşovu və Ceyhun Mirzəyevi rəhmət etsin!