Aya virtual ekskursiya – VİDEO

XALQ,AZ xəbər verir ki,  NASA-nın Qoddard adına Kosmik uçuş mərkəzi öz “YouTube” kanalında  Aya virtual səyahətin beş dəqiqəlik videoçarxını yayıb.

“LRO” peykindən əldə olunan məlumatlar əsasında hazırlanmış videoçarxda Ayın əsas “gəzməli-görməli” yerləri, o cümlədən, Tixo krateri, Aristarx bəyaz krateri, “Apollon-17” missiyasının eniş etdiyi ərazi, həmçinin Yerin təbii peykinin Şimal və Cənub qütblərinin landşaftı nümayiş olunur.

Görüntünü son dərəcə yüksək təsvir  keyfiyyəti olan 4K  icazə rejimində izləmək olur.

 

 

Elgün