Aybəniz Haşımovanın qızı həyat yoldaşından ayrılıb? – Fotolar

Müğənni və bloqer Aynişan Quliyeva həyat yoldaşı Kənan Əliyevi “Instagram”da izləmədən çıxarıb.

XALQ.AZ xəbər verir ki, K.Əliyev də öz növbəsində A.Quliyevanı və qayınanası Aybəniz Haşımovanı “Instagram”da “unfollow” edib.

Aybəniz Haşımova, eyni zamanda, qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabından silib.

A.Quliyeva və K.Əliyev isə “Instagram”da toylarından yalnız özləri görünən kadrları saxlayıb.
İzləyicilər cütlüyün ayrıldığını iddia ediblər.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında baş tutub.

Aynişanın nikahı oldu — Video
Aynişan Quliyeva – Yenicag.Az
Aynişan Quliyevanın toyu oldu - foto+video
Aynişan həyat yoldaşı ilə bal ayında – FOTOLAR
Aynişan və Kənanın oğlan toyunda nələr yaşandı?

XALQ.AZ