Aydin Əliyev Astarada vətəndaşları qəbul edəcək

 

aydin əliyev

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Komitənin sədri A.Əliyev avqustun 30-da saat 10:00-da Astara rayon Mədəniyyət Evində (Astara şəhəri, Nizami küçəsi,22) vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların – Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.