Aydın Əliyev Biləsuvarda qəbulu olacaq

05

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 27-də saat 11:00-da Biləsuvar Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcəkdir.
DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcəkdir.