Aydın Bəşirovun qohumları idarədən qovuldu

45

 

Bacısı oğlunun qayınatası və…

Xəzər Gəmiçiliyinin Kadrlar idarəsinin rəis müavini, A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərovun səlahiyyətləri əlindən alınıb.

Bu barədə “Axar.az”a XGİ-dən məlumat verilib. Bildirilir ki, F.Ömərova faktiki olaraq işə müdaxilə etməməsi tapşırılıb. Kadrlar idarəsinin Bərə gəmiləri üzrə inspektoru, A.Bəşirovun bacısı oğlu Məmməd Şirinov və xidmətin sıravi kadrlar üzrə inspektoru Hüseynqulu Əhmədov isə yeni rəhbərliyin əmri ilə işlərindəki nöqsanlara görə işdən çıxarılıblar.

F.Ömərov “Axar.az”a açıqlamasında Hüseynqulu Əhmədovun işdən uzaqlaşdırıldığını, özünün və Məmməd Şirinovun isə işdən çıxarılması barədə heç bir rəsmi qərar olmadığını söylədi.