Aydın Hüseynov: “Azərbaycan xalqı cənab prezidentə inanır”

“Cənab prezident İlham Əliyev seçildiyi ilk gündən hər bir Azərbaycan vətəndaşının maraqlarını ifadə edir”.

Bunu XALQ.AZ -a açıqlamasında deputatı Aydın Hüseynov deyib.

Aydın Hüseynov qeyd edib ki, prezident İlham Əliyev 2003-cü ildə prezident seçilən zaman bildirmişdi ki, hər bir vətəndaşın prezidenti olacaq. “14 il ərzində cənab prezidentimizlə Azərbaycan vətəndaşları arasında çox böyük səmimiyyət və hörmət yaranıb. Azərbaycanın iqtisadi və siyasi uğurları məhz cənab prezident İlham Əliyevin adı ilə bağlıdır. Cənab prezidentimizin şəxsi keyfiyyətləri təkcə Azərbaycanda deyil beynəlxalq arenada da yüksəkdir. Bu gün Azərbaycanda keçirilən beynəlxalq layihələr dünyaya çox böyük töhfələr verir. Multikultural dəyərlər, siyasi demokratiya və tolerantlıq ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirir. Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsi və maraqlarının təmin edilməsi cənab prezidentimizin daim diqqətində olub. Azərbaycan xalqı cənab prezidentə inanır. Növbəti prezident seçkilərində də cənab prezident İlham Əliyevi dəstəkləyir. Cənab prezidentimizin namizədliyini də Yeni Azərbaycan Partiyası irəli sürəcək. Bu da xalqın inamının və istəyinin bir formasıdır”.