Aydın Hüseynov Ümid qəsəbəsində sakinlərlə görüşdü
Milli Məclisin deputatı Aydın Hüseynov seçicilərlə görüşdü.
XALQ.AZ xəbər verir ki, millət vəkilinin Qaradağ rayonu Ümid qəsəbəsində sakinlərlə növbəti qəbul keçirildi.
Qəsəbə sakinlərinin müraciətləri dinlənilərək, bir qismi yerində həll edildikdən sonra digər müraciətlər qeydiyyata alındı və həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı vətəndaşlara izah olundu.
Qəbulda Ümid qəsəbə nümayəndəsi Hüseyin Babayev və müavini Nurlanə Əliyeva iştirak edirdi.