Aygün Kazımova və Filipp Kirkorovdan möhtəşəm “Azərbaycan” – VİDEO

Xalq artisti Aygün Kazımova və Rusiyanın pop kralı Filipp Kirkorov duetlərinin ekran işini təqdim ediblər.

XALQ.AZ xəbər verir ki, ikili musiqisi Alişer, sözləri isə Oleq Vladiyə məxsus olan “Azərbaycan” adlı bəstəyə ekran həyatı veriblər.

Görüntülər Filipp Kirkorovun 30-31 oktyabrda “Əhvalın rəngi göydür” adlı solo konsertdə lentə alınıb. Sözügedən bəstə Aygün Kazımova ilə duet şəklində ilk dəfə məhz pop kralın konsertində səslənib.

“Azərbaycan” adlı ekran işi Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, yəni 31 dekabrda saat 22:00-da Aygün Kazımovanın rəsmi “Youtube” kanalında yayımlayıb. 

Qeyd edək ki, bu Filipp Kirkorovun Aygün Kazımova ilə duet şəklində oxuduğu sayca ikinci bəstədir. Bundan öncə onlar illər öncə Moskvanın Kreml sarayında və 2019-cu ildə keçirilən yayın əsas hadisəsi “Jara” beynəlxalq musiqi festivalında “Calma” adlı mahnılarını səsləndiriblər.