Aygün Sevdayla duet oxuyacaq

 

20

Xalq artisti Aygün Kazımova Sevda Yahyayeva ilə duet oxuyacaq.

Xalq.az Axşam.az istinadən  xəbər verir ki, bu haqda hər iki sənətçi sosial şəbəkədə yazıb. Hazırda mahnı seçimi ilə məşğul olan ifaçılar duetin tezliklə təqdim olunacağını vurğulayıblar.

Qeyd edək ki, Aygün Kazımova və Sevda ilk dəfə sənətçinin “Yaşıl Teatr”da baş tutan solo konsertində “Şəklimi çəkə-çəkə” mahnısını duet oxumuşdu.