Aygündən Minaya inanılmaz addım – Video

Əməkdar artist Aygün Bəylər Mina Hüseynə dəstək olub.

XALQ.AZ xəbər verir ki, Mina Hüseyn dünən Tolikin (Tarix Əliyev) “Hər şey daxil” verilişində qonaq olub. O, efirdə Aygün Bəylərin repertuarına aid olan “Günahkarsan” adlı mahnısını ifa edib. Mina Hüseyn bildirib ki, Aygün Bəylər mahnını oxumağa öz razılığını verib və onun ifasını bəyənib.

Minanın təsirili ifası sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Öz mahnılarına həssaslıqla yanaşan Aygün Bəylərin isə gənc həmkarına dəstək olması alqışlanıb.

Qeyd edək ki, mahnının sözləri tanınmış şairə Kəmalə Abıyevaya aiddir.

Orxan