Aygündən sonra Səidə də soyundu-Video

Müğənni Səidə Sultan Xalq artisti Aygün Kazımovanın illər öncə ifa etdiyi mahnısına müraciət edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: “Aygün Kazımova 90-cı illərin unudulmaz mahnısı olan “Apar məni”nin ilk ifaçısı olaraq bu bəstəni bizlərə sevdirdi. Mahnının musiqisi Cavanşir Quliyevə, sözləri Mədinə Gülgünə aiddir. Xeyli vaxt idi ki, bu bəstə dilimdə əzbər olmuşdu. Nəhayət “Apar məni” mahnısını ifa etdim.

Adıçəkilən mahnı üçün fotokamera önünə keçərək şəkillər də çəkdirdim. Fotoların müəllifi Niko Abbasovdur”.

Qeyd edəki, S.Sultanın mahnı üçün lentə aldırdığı fotolar açıq-saçıq olduğu üçün çoxları tərəfindən tənqid olunub.

 

 

Orxan