Ayı belə istirahət edir (FOTO)

A-11

Yelləncəkdə istirahət etməyə qərar verən qara ayı Florida ştatının Deyton-Bıç sakinlərini yaman qorxudub.

XALQ.AZ-ın məlumatına görə, evlərdən birinin həyətinə daxil olan ayı özünü ev yiyəsi kimi apararaq yelləncəkdə uzanaraq dincəlib. Ev yiyəsi həyətə düşüb ayını gördükdə yerində donub qalıb.

20 dəqiqə ərzində ayı uzandığı yerindən tərpənməyərək istirahətini davam etdirib. Hətta yanında insanın olması da onu həyəcanlandırmayıb. Sonda heyvan nədənsə qorxaraq kolluğa qaçıb.

Şəxsi evin sahibi Vinsent Ceyms bildirib ki, onu həyətində olan yelləncək nədənsə ayını cəlb edib.

Ceyms qeyd edib ki, heyvan sonra yenə həyətə qayıdıb və yenidən yellənməyə davam edib.

A-22