“Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır”

“Biz bu ehtiyatları da nəzərə almalıyıq”

Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır.

XALQ.AZ xəbər verir ki, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ərazisindən nəinki qonşu ölkələr, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır.

O bildirib ki, bu anlamda Xəzər bölkəgisinin önəmi əvəzsizdir: “Ancaq bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlər minimuma endirilməlidir. Elə sistem qurulmalıdır ki, Xəzərin təbiətinə vurulan təsirlər minimuma endirilsin”.

Nazir qeyd edib ki, Azərbaycan təkcə karbohidrogenlərlə zəngin deyil: “Azərbaycanda həmçinin zəngin filiz ehtiyatları da var. Biz bu ehtiyatları da nəzərə almalıyıq”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.