Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq? – AÇIQLAMA

1599199901 modern.az 1519726237354237591 1000x669 146

“Ağsaqqallar Şurasına rəhbər təyinatı seçki yolu ilə keçirilməlidir. Hələlik Şurada bu barədə heç bir müzakirə aparılmayıb”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev deyib. O qeyd edib ki, Şuranın mərhum sədri Fəttah Heydərovun postu hələlik boşdur:

“Rəhmətlik Fəttah müəllimin hələ qırxı çıxmayıb. Sədr seçməyə tələsmirik. Bu barədə müzakirə aparmaq tezdir. Şuraya yeni sədr seçki yolu ilə keçiriləcək, amma hələ ki heç bir seçki təyinatı müzakirə mövzusu deyil. Gəlin, bu barədə danışmağa tələsməyək”.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib. Artıq bir aydır, Şuranın sədri postu boşdur.