“Azərbaycan Dəmir Yolları” QSC ictimayyəti belə aldadır-Video

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı yeni video yayıb.

XALQ.AZ  xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova videonu dəmir yolunu günahlandırmağa çalışanlara cavab olaraq yaydıqlarını deyib. Görünən odur ki, ADY hər vəchlə özünü “sudan quru çıxartmağa” çalışır. Lakin yenə də necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə ki, ASC tərəfindən yayılan videodakı görüntülər hadisə baş verəndən indiyədək ictimaiyyət arasında səslənən ittihamları təsdiqləməkdən başqa heç nəyə xidmət etmir. Neçə gündür aparılan müzakirələrdə də müxtəlif insanlar tərəfindən tez-tez bu fikir səsləndirilir ki, ərazidə yolun bir tərəfində şlaqbaum bağlı olsa da, digər tərəfdə açıq olub. ADY-nin yaydığı sonuncu videoda da görünür ki, yolun qəza baş verən hissəsində şlaqbaum yoxdur və yaxud varsa da, bağlı deyil, əks tərəfdə isə avtomobillərin dayanmasından görünür ki, şlaqbaum var və bağlıdır. Videoda işarələnən bəzi məqamlar isə sadəcə sadəlovh adamlar üçündür desək, yanılmarıq. Məsələn, yolun qəza baş verən istiqamətində sağda çox güman ki, öz şəxsi işləri üçün dayanan avtomobillər guya şlaqbaum bağlı olduğu üçün dayanıb yolun açılmasını gözləyən kimi təqdim edilir.
Bir sözlə, ADY tərəfindən yayılan sonuncu video ictimai rəyə tüpürməkdən başqa heç nə demək deyil desək, yəqin ki, çoxları bizimlə razılaşacaq. Həmin videonu iddialarımızıın isbatı üçün təqdim edirik:

 

 

Orxan